"Neftçi" Azərbaycan kubokunda ardıcıl 3-cü ev məğlubiyyətini alıb. Matc.az xəbər verir ki, bakılılar 1/4 finalın ilk oyununda "Sumqayıt"a 0:1 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi bundan əvvəl öz meydanında keçirdiyi son iki qarşılaşmada da məğlubiyyətə üzülüb. "Ağ-qaralar" 2018/19 mövsümündə 1/4 finalda "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olub. 2017/18 mövsümündə yarımfinala qədər irəliləyən "Neftçi" öz meydanında "Qəbələ"yə yenilib – 1:3.

Bakılıların evdə uduzmadığı son kubok görüşü 2 il əvvələ təsadüf edib. 2017/18 mövsümünün 1/4 finalında "Zirə" üzərində 2:0 hesablı qələbə əldə olunub.

Bu, klub tarixində yeni antirekorddu. "Ağ-qaralar" 27 ildi daimi iştirakçısı olduğu yarışda bunadək ardıcıl üç ev qarşılaşmasında məğlubiyyət almamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest