Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" klubunda ayrılıq baş verib. Matc.az xəbər verir ki, müdafiəçi Viktor Dmitrenko Kostanay təmsilçisi ilə bitən müqaviləsini yeniləməyib və komandadan ayrılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu rəsmi sayt vasitəsilə "Tobol"un azarkeşlərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2016-cı ildən "Tobol"da forma geyinən Dmitrenko son mövsümdə Qazaxıstan çempionatında 31 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest