"Yuventus"un hücumçusu Kriştianu Ronaldo istirahət etməyə hələ də vaxt tapa bilir. Matç.az saytının AS nəşrinə istinadən məlumatına görə, portuqaliyalı superulduz xanımı Corcina Rodrigeslə birlikdə Londonda yorğunluğunu atıb.

Cütlük əvvəlcə Royal Opera Evində baletə tamaşa edib. Bununla bağlı Corcina instaqram hesabından paylaşım edib və gözəl rəqsə görə rəqqaslara minnətdarlığını bildirib. Uşaqlıqdan balet vurğunu olduğunu bildirən Rodriges Kriştianunun Londonda ona etdiyi bu sürprizdən xoşbəxt olduğunu dilə gətirib.

Ardından yerli otellərdən birində məskunlaşan ailənin bir gecə üçün ödədiyi məbləğ 10 min avrodan çox olub. Xüsusi restoranlardan hesab edilən bir məkana yollanan Ronaldo, xanımı və böyük oğlu orda tennisçi Novak Cokoviçlə görüşüb. Maraqlıdı ki, Ronaldo cəmi 15 dəqiqə ərzində şərab üçün 31 min avrodan çox xərc çəkib. Onlar əvvəlcə qiyməti 20 min avro dəyərində olan dünyanın ən bahalı şərabını sifariş ediblər. Ardından isə 10 min avroluq başqa bir şərabı da yoxlayıblar.

Ronaldo və ailəsinin Londona səfərinin məqsədlərindən biri Novak Cokoviçin oyununu izləməkdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest