"Səbail"in qış təlim-məşq toplanışı çərçivəsində üz-üzə gələcəyi rəqiblərdən birinin adına aydınlıq gəlib. Paytaxt klubu Türkiyədə Ukrayna təmsilçisi "Olimpik"lə qarşılaşacaq. Bu barədə məlumatı Donetsk klubu yayıb.

"Səbail"in qış təlim-məşq toplanışı çərçivəsində üz-üzə gələcəyi rəqiblərdən birinin adına aydınlıq gəlib. Matc.az saytı xəbər verir ki, paytaxt klubu Türkiyədə Ukrayna təmsilçisi "Olimpik"lə qarşılaşacaq.

Bu barədə məlumatı Donetsk klubu yayıb. Bildirilir ki, qış fasiləsində Antalyada iki təlim-məşq toplanışı keçirəcək ukraynalılar 8 yoxlama görüşündə qüvvəsini sınayacaq. Rəqiblərdən biri də məhz "Səbail" olacaq. Yanvarın 14-də Antalyaya yollanacaq Visente Qomesin yetirmələri orda ikinci sınağını yanvarın 18-də "Səbail" önündə verəcək.

Qeyd edək ki, "Səbail" 12–26 yanvar tarixlərində Türkiyədə hazırlaşmağı və 4 yoxlama matçı keçirməyi planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest