"Neftçi"nin bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"la ev oyunundan məğlub (0:1) ayrılması paytaxt təmsilçisinin fanatlarını yenidən özündən çıxarıb. Matc.az xəbər verir ki, bir qrup azarkeş arenada qarşılaşmanın gedişi zamanı klub rəhbərliyini, məşqçiləri istefaya səsləyibsə, görüşdən sonra sosial şəbəkələrdə də müxtəlif etirazlara rast gəlmək mümkündü.

"Neftçi" azarkeşlərinin feysbuk səhifəsindəki paylaşımlarda klub rəhbərliyi və baş məşqçi Roberto Bordinin ünvanına sərt ifadələr səsləndirilib:

"Eşşək eşşəkliyi ilə palçığa bir dəfə girirsə, ikinci dəfə girmir, bizimkilər isə hər mövsüm eyni palçığa girir. Maraqlı da odu ki, komandanı palçığa batıran, ipi əlində olan adamlar bundan zövq alır. Sizin kimi bacarıqsız məxluq görmədim".

Azarkeşlər italiyalı mütəxəssisi də ələ salıblar: "Səndən "Neftçi"yə baş məşqçi olmayıb, olmayacaq. "CBC Sport"un şərhçisi də qeyd edir ki, "Neftçi"nin bütün hücumları cinahlardan asma ilə yekunlaşır, komandanın oyununu oxumaq çox rahatdı".

Biz deyəndə ki, komandanın sistemi yoxdu, oyun planı yoxdu, onda bəziləri günahı ayrı-ayrı futbolçuların üstünə atırlar. Bu komanda normal baş məşqçi ilə normal oynayar, Bordin ancaq cinahdan asma tələb edir, ancaq bu sistemlə oynadır. Hanı müdafiənin arxasına atılan toplar? Hanı ara ötürmələri? Hanı uzaqdan zərbələr? Belə oyun olar? Bu nə zibildi düşmüşük..."

"Sumqayıt" rəhbərliyi "Neftçi" rəhbərliyinə konkret dərs keçir. ötən il çempionluq və kubokdan etdilər, bu il də kubokdan edərlər yəqin. Ya da "Neftçi" "Topaz"a oynayır. Başqa variant yoxdu. 500 manat maaş alan "Sumqayıt"ın futbolçusu 55 min alan Dabonu sürüyür. Yaxud da klubda bazar açıblar, oyun satırlar. Başqa variantlar görmürəm, "Sumqayıt" kimi komanda "Neftçi"ni uda bilməz. Görünürdü ki, oyun verilib. Bunu görməmək üçün kor olmaq lazımdı".

"Bu məşqçinin və oyunçuların başını buraxın getsin. Oyuna baxmadım, çünki bunlardan qələbə gözləmirdim. Məncə, indiki halda əsas normal məşqçi lazımdı komandaya. Dabo, Mustivar, Monroz, Səlahət, Tural, Mbodj, Namiq, Dario, Rauf da tez bir zamanda komandadan uzaqlaşdırılmalıdı. Təəssüf ki, kubok əldən getdi. Onsuz da "Sumqayıt"ı keçsə də, bu komanda "Qarabağ" və ya "Keşlə"yə məğlub olacaq".

"Səlahiyyətim çatsaydı, başda Kamran Quliyev, Roberto Bordin, Ceyhun Sultanov olmaqla Səlahət Ağayevi, Donald Geryeni, Tural Axundovu, Dario Federikonu, Rauf Əliyevi, Soni Mustivarı qovardım. Komandaya Roman Qriqorçuk kimi baş məşqçi gətirilməlidi, Əmir Ağayev, Emil Balayev kimi oyunçular alınmalıdı".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest