Niderlandın PSV klubu baş məşqçisi Mark van Bommellə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Eyndhoven təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Van Bommelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
PSV hazırda Erediviziyada lider "Ayaks"dan 10 xal geridə qalaraq 4-cü sıradadır.
 
Van Bommel 2018-ci ilin yayından PSV-ni çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest