"çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. ötən matçda daha aqressiv idik". Matc.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.
 
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olan paytaxt təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
 
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Əhmədov oyunu dəyərləndirib: "Kubok oyunları həmişə həyəcanlı olur. Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdı. 12-13 nəfərdən ibarət heyətdi. Əzələlər də tab gətirmir. çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq".
 
- İki cəbhədə mübarizə aparmaq çətin deyil?
- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindi. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdı. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdı. çempionat oyunu mənim üçün daha önəmlidi.
 
- Daha bir itkiniz oldu...
- Ruslan Qurbanovun zədəsi ciddidi. Sezarda vəziyyət normaldı.
 
- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudu?
- Bu barədə məlumatım yoxdu. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdu. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest