İtaliya A seriyasının XVI turu çərçivəsində keçirilən "Yuventus" - "Udineze" oyununda maraqlı hadisə baş verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumçu Kriştianu Ronaldo görüşün gedişində kapitanlıq sarğısını qoluna taxmaqdan imtina edib.

Əvvəlcə 75-ci dəqiqədə əsas kapitan Leonardo Bonuççi, bundan 5 dəqiqə sonra isə vitse-kapitan Qonzalo İquain əvəzlənib. Argentinalı meydanı tərk edərkən sarğını Ronaldoya verib. Ancaq portuqaliyalı onu öz qoluna yox, yarımmüdafiəçi Blez Matuidinin qoluna taxıb.

Qeyd edək ki, Ronaldonun dubl etdiyi qarşılaşmada "Yuventus" 3:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest