İcarə əsasında "Qarabağ"da çıxış edən Asmir Beqoviç Azərbaycan Kubokunun 1/4 final matçlarından sonra "Qarabağ"dan ayrılacaq. Bosniyalı qolkiper müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıtmayacaq.

İcarə əsasında "Qarabağ"da çıxış edən Asmir Beqoviç Azərbaycan Kubokunun 1/4 final matçlarından sonra "Qarabağ"dan ayrılacaq. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bosniyalı qolkiper müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıtmayacaq.

Məsələ burasındadı ki, Premyer Liqa təmsilçisinin cari mövsümün sonuna qədər ona ehtiyacı yoxdu. Beqoviç əvəzində Premyer Liqanın digər klubu "Vest Hem"ə keçə bilər. Qış fasiləsində qapı xəttini gücləndirməyi hədəfləyən londonluların maraqlandığı 3 qolkiperdən biri də Beqoviçdi. "Vest Hem"in maraq dairəsində olan Cek Batlendi "Stok Siti"nin 20 milyon funt-sterlinqdən ucuz qiymətə satmaq istəməməsi bu keçidin önünə əngəl qoyur.

Bu üzdən klub rəhbərliyi Beqoviçi 6 aylıq icarəyə götürmək variantını nəzərdən keçirir. Bu keçid də reallaşmasa, 3-cü variant Darren Randolf ("Midlsbro") olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest