Bu gün futzal üzrə Yüksək Liqada bir oyun keçirilib. "Baku Fire" "Marafon"la üz-üzə gəlib. IV turundan təxirə salınmış görüş Bakı İdman Sarayında baş tutub. Turnir cədvəlində 3-cü pillədə qərarlaşan "Marafon" qələbə qazanaraq, ikinci yerdəki EKOL-la xal fərqini aradan qaldırıb.

Bu gün futzal üzrə Yüksək Liqada bir oyun keçirilib. Matc.az saytının məlumatına görə, "Baku Fire" "Marafon"la üz-üzə gəlib.

IV turundan təxirə salınmış görüş Bakı İdman Sarayında baş tutub. Turnir cədvəlində 3-cü pillədə qərarlaşan "Marafon" qələbə qazanaraq, ikinci yerdəki EKOL-la xal fərqini aradan qaldırıb. Maraqlı məqamlardan biri "Marafon"un qapıçısı Vladislav Reznovun rəqib qapısına qol vurması olub.

 

Yüksək Liqa

IV turdan təxirə salınan oyun

16 dekabr

"Baku Fire" – "Marafon" - 2:7

Qollar: Hamed Khodaei, 13:35; İbrahim Zeynalov, 35:27 - Tofiq Mikayılov, 04:12, 12:58, 18:01; Sərxan Məstiyev, 19:04, 21:14; Elşən İbrahimxəlilov, 27:25; Vladislav Reznov, 34:26

Hakimlər: Rahin Heybətov, Kənan Məlikov, Fuad Həsənov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest