Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
öncə "Neftçi" "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi bu oyunda minimal hesabla məğlub olub və mərhələ adlamaq şanslarını azaldıb.

Günün son matçında isə Premyer Liqanın lideri "Qarabağ" çempionluq uğrundakı əsas rəqiblərindən birinə çevrilən "Keşlə" ilə üz-üzə gəlib. Ağdam klubu heyətlə bağlı ciddi itkiləri olan rəqibini minimal hesabla məğlub edib.
 
Xatırladaq ki, ötən gün "Qəbələ" doğma meydanda "Sabah"a 3:0 hesabıyla qalib gəlib, "Səbail" – "Zirə" matçında isə qapılara qol vurulmayıb.
 
Azərbaycan kuboku
1/4 final
16 dekabr
 
"Neftçi" – "Sumqayıt" 0:1
Qol: R.Sadıxov, 48.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
"Bakcell Arena", 18:00
 
Neftçi: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Rauf Əliyev, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 56. Elton Əlibəyli
Baş məşqçi: Roberto Bordin
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
 
 
"Qarabağ" – "Keşlə" 1:0
Qol: İ.İbrahimli, 53.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00
 
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 11. Mahir Emreli, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
 
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkbər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest