Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci tura start verilib. Matc.az xəbər verir ki, turun açılış oyununda lider "Liverpul" "Uotford"u sınağa çəkib və inamlı qələbəyə sevinib.

Mersisayd təmsilçisinin ən yaxın izləyicisi "Lester" isə doğma meydanda "Norviç"lə qarşılaşıb və xal itkisi ilə üzləşib.

"çelsi" bu turda "Bornmut"a uduzub. "Bernli" "Nyukasl"ı, "Şeffild Yunayted" "Aston Villa"nı məğlub yola salıb. "Sauthempton" da "Vest Hem"lə ev oyunundan məğlub ayrılıb.

İngiltərə Premyer Liqası
17-ci tur

14 dekabr

Liverpul – Uotford 2:0
Qol: Salah, 38; 90.

Bernli – Nyukasl 1:0
Qol: Vud, 58.

çelsi – Bornmut 0:1
Qol: Qoslinq, 84.

Lester – Norviç 1:1
Qol: Krul, 38-öz qapısıa – Pukki, 26.

Şeffild Yunayted – Aston Villa 2:0
Qol: Flekk, 50; 73.

Sauthempton – Vest Hem 0:1
Qol: Haller, 37.

15 dekabr

18:00 Mançester Yunayted – Everton
18:00 Vulverhempton – Tottenhem
20:00 Arsenal – Mançester Siti

16 dekabr

23:45 Kristal Pelas – Brayton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest