"Yaxşı futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşdıq". Matç.az saytı xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd deyib.

Komandamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində İsraillə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.

Oyunla bağlı AFFA-nın rəsmi saytına danışan Məmməd qrupun favoritinə uduzduqlarını söyləyib: "Bu oyundan sonra İsrail yığmasının qrupumuzun aşkar favoriti olduğunu qeyd edə bilərəm. Onlar Avropanın bir neçə güclü komandaları ilə qarşılaşmalardan da qalib ayrılmışdılar. Komanda olaraq qələbə qazanmağı çox istəyirdik. Bəlkə də, həddindən artıq istəkli olmağımız oyunumuza mənfi təsir edən əsas amil oldu. Bu məğlubiyyətlə bütün şanslarımızı itirməmişik. Qarşıda iki oyunumuz var. Hər iki rəqibimizi təhlil edib vəziyyəti lehimizə çevirməyə çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest