"Xoşdu ki, "Qarabağ" tarixində ölkə çempionatlarında ən çox forma geyinmək rekordu bütün futbolçular arasında  mənə məxsusdu. çalışacam ki, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun". Matç.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev deyib.

Topaz Premyer Liqasının XI turunda "Qəbələ" ilə keçirilən oyun vitse-kapitan üçün əlamətdar olub. Belə ki, ağdamlıların heyətində ölkə çempionatlarında 269-cu oyuna çıxan Medvedev "Qarabağ"da ən çox forma geyinən futbolçu tituluna yiyələnib.

Aslan Kərimovu (268 oyun) geridə qoyan Maksim klubun rəsmi saytına açıqlamasında bu rəqəmi daha da artıracağına inanır: "Qarşıda hələ bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdü, bu qədər oyun keçirmək çox çətindi, çox əziyyət çəkdim. "Qarabağ" kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidi. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest