Bu mövsüm 28 qolla diqqətləri cəlb edən "Zalsburq"un hücumçusu Erlinq Haland karyerasını Almaniyada davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, indi də Dortmund "Borussiya"sı gənc forvardın transferində maraqlıdı.

Bundesliqa təmsilçisi bununla bağlı "Zalsburq" rəhbərliyinə rəsmi müraciət edib və tərəflər arasında danışıqlara start verilib. "Zalsburq"un idman direktoru Kristof Freund da forvard üçün gələn təklifləri dəyərləndirdiklərini və ən yaxşısını müsbət cavablandıracaqlarını açıqlayıb.

Qeyd edək ki, Erlinq Haland "Real", "Yuventus" və "Mançester Yunayted"in də gündəmindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest