"Reyncers"in baş məşqçisi Stiven Cerrardın durumu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc mütəxəssis Şotlandiya klubunda qalmaq qərarına gəlib.

İngiltərəli mütəxəssis bir neçə təklif almasına baxmayaraq, yeni sözləşməyə imza atıb. 39 yaşlı çalışdırıcı 2022-ci ilin yayına qədər olan müqavilə müddətini daha 2 il uzadıb. "Liverpul"un əfsanəsi ötən il "Reyncers"in "sükanı arxası"na keçmişdi.

Qeyd edək ki, Şotlandiya Premyer Liqasının geridə qalan 15 turunda 38 xal toplayan "Reyncers" lider "Seltik"dən cəmi 2 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest