Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında verilib.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını müzakirə edən komitə üzvləri baş məşqçinin hesabatını dinləyib. Göstərilən nəticəni uğursuz hesab edən qurum müqavilə müddəti fevrala qədər olan xorvatiyalı mütəxəssisi istefaya göndərib.

Həmçinin U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb. Əvəzində U-21-in çalışdırıcısı Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqavilə müddəti uzadılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest