Sumqayıtın eyniadlı təmsilçisinə Abbasovun təyin olunacağı xəbəri ilk dəfə matç.az saytı yaymışdı. Təyinatın rəsmiləşməsi ilə bu xəbər öz təsdiqini tapıb.

Ayxan Abbasovun "Sumqayıt"ın  baş məşqçisi postuna təyinatı rəsmiləşib. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün gənc çalışdırıcı ilə müqavilə imzalanıb.

Abbasovla anlaşma 2019/20 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, istefa verən Nazim Süleymanovu əvəzləyib.

Sumqayıtın eyniadlı təmsilçisinə Abbasovun təyin olunacağı xəbəri ilk dəfə matç.az saytı yaymışdı. Təyinatın rəsmiləşməsi ilə bu xəbər öz təsdiqini tapıb.

Qeyd edək ki, Abbasov futbolçu karyerası dövründə "Xəzri Buzovna", "Şəfa Bakı", MOİK, "Turan Tovuz" və "Qarabağ" kimi klubların şərəfini qoruyub. Məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan mütəxəssis 2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest