"Milan"ın yarımmüdafiəçisi Hakan çalhanoğlu gələcəyi ilə bağlı qərarını verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Türkiyə millisinin üzvü "Milan"da qalmaq fikrindədi.

Bunu 25 yaşlı "10 nömrə"nin meneceri Bektaş Demirtaş deyib. O, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqların davam etdiyini bildirib. Futbçunun "rossonyerlər"lə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.

Qeyd edək ki, Hakan çalhanoğlu "Milan"a 2017-ci ildə "Bayer"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest