İngiltərənin "Mançester Siti" klubunun argentinalı futbolçusu Serxio Aquero növbəti dəfə Böyük Britaniya mətbuatının gündəmini zəbt edib. Matç.az saytı xəbər verir ki, ulduz hücumçu meydandan kənardakı hərəkətləri ilə "qəhrəman"a çevrilib.

"Mançester Yunayted"lə derbidəki 3:1 hesablı qələbədən sonra sevincini qeyd etmək üçün Aquero evə deyil, ABŞ-a yollanıb. Los-Ancelesə üzə tutan cənubi amerikalı özünü bu şəhərdəki gecə klublarından biriinə çatdırıb.

Orada özü üçün əsl  bayram ab-havası düzəldən argentinalı nə az, nə çox – 4 qadının əhatəsinə düşüb. Aquero klubu da onlarla birlikdə tərk edib. Avtomobilə minərkən fotokameralara düşən Serxio və dostları üzlərini gizlətməyə cəhd edib və oradan uzaqlaşıb.

Görünür, dünya futbolunun əfsanəsi Dieqo Maradonanın sabiq yeznəsi keçmiş qaynatasının yolunu meydandan kənarda davam etdirmək niyyətindədi. Yəqin ki, yaşadığı eşq macəraları ilə az qala rekordlar qıran Maradonanın futbol ustalığına çata bilməyən Serxio şəxsi həyatda ona bənzəməyə cəhd edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest