"Çelsi"nin müdafiəçisi Emerson Palmieri yenidən İtaliyaya qayıtmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı sol cinah oyunçusu "Yuventus"un maraq dairəsindədi.

"Qoca sinyora"nın baş məşqçisi Mauritsio Sarri Braziliya əsilli futbolçunu ixtiyarında görmək istəyindədi. O, İtaliya millisinin üzvünün alınması üçün rəhbərliyə təlimat verib.

Qeyd edək ki, Emerson "Çelsi"yə ötən il "Roma"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest