“Kayserispor” klubunda növbəti ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Bilal Başacıkoğlu Superliqa təmsilçisi ilə yollarını ayırıb.

Bu barədə 24 yaşlı yarımmüdafiəçi instaqram hesabından məlumat yayıb. Bilal “Kayserispor”la olan müqaviləsini ləğv edib.

Superliqanın turnir cədvəlinin sonuncu sırasında yer alan “Kayserispor”da son bir həftədə 7 futbolçu komandanı tərk edib. Bunlar Emmanuel Adebayor, Pol-Jorj Ntep, Atilla Turan, Adrian Tavareş, Umut Bulut, Şamil Cinaz və Bilaldı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest