Baku Boulevard Hotel-də Nielsen şirkəti tərəfindən UEFA-nın maliyyə dəstəyi ilə “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub. Matc.az xəbər verir ki, araşdırma futbol ilə bağlı müxtəlif sahələri əhatə edib. 
 
UEFA-nın Milli Assosiasiyaların Biznes İnkişafı üzrə koordinatoru Manuel Ruess bu gün araşdırmanın nəticələrini AFFA əməkdaşlarına təqdim edib, nəticələr və gələcək planlar müzakirə olunub.
 
Qeyd edək ki, bu araşdırma sayca üçüncüdü. Daha öncə Kantar Media şirkəti tərəfindən 2015 və 2017-ci illərdə ölkə üzrə analoji araşdırma keçirilib.
 
“UEFA GROW” UEFA-nın 55 üzv milli asosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdı. AFFA 2015-ci ildən başlanan layihənin akiv iştirakçılarındadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest