PSJ-nin hücumçusu Kilian Mbappe klubun ona qarşı münasibətindən narazıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard oyunların sonlarında əvəzlənməsindən narazıdı.

20 yaşlı futbolçu komandada superulduz kimi münasibət görmək istəyini rəhbərliyə çatdırıb. Paris təmsilçisi də öz növbəsində ona yeni müqavilə təklif edib. Fransa millisinin üzvü şərtləri qəbul ediləcəyi təqdirdə, yeni sözləşməyə razılıq verəcəyini söyləyib.

Qeyd edək ki, Kilan Mbappe "Barselona", "Real" və "Yuventus"un maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest