"Keşlə"nin mərkəz müdafiəçisi Miyusko Boyoviçin müsahibəsi

- Qarşıda "Qarabağ"la kubok matçları var. Mərhələ keçmək çətin olmayacaq?
- Bizim üçün qarşıda 2 vacib oyun var. "Qarabağ" çox çətin rəqibdi. Onların haqqında hər şeyi bilirik və necə oyun gözlədiyindən xəbərdarıq. Bu komandaya qarşı 2 matçda qalib gəlmək çox çətin olacaq. İnanıram ki, komanda yoldaşlarım maksimum gücünü ortaya qoyacaqlar. "Keşlə" son oyunda "Qarabağ"a qarşı keyfiyyətli oyun göstərə bildi.

- Şansların "Qarabağ"ın xeyrinə olduğu ilə razısız?
- Biz kubokda "Qarabağ"ı keçsək, bu, sürpriz olacaq. çünki rəqibin heyətində çoxlu sayda keyfiyyətli futbolçular var və onlar hər zaman rotasiyalar edirlər. "Keşlə" üçün belə variant yoxdu. Heyətdə futbolçu azdı və bəzi futbolçularımız yorğundu, zədəlidi. Problemlər də buna mane ola bilər.

- Kubokun ilk oyununda sizinlə yanaşı, Franko Flores də olmayacaq. "Keşlə"nin iki etibarlı mərkəz müdafiəçisi olmadan, oynaması, şanslarınızı azaldır…
- Təəssüf ki, mən heç bir oyunda meydana çıxa bilməyəcəm. Mənim bərpa olunmağım üçün uzun zamana ehtiyacım var. ümid edirəm ki, qış fasiləsindən qayıdanda hazır olacam. Bu həqiqətən komandamız üçün də, mənim üçün də vacibdi.

- çempionatın son iki matçında 1 qələbə, 1 heç-heçə əldə etdiniz…
- "Sumqayıt"a qarşı matç bizim üçün vacib idi. Fikrimcə, ilin ən önəmli oyunlarından biri idi. Bu, mənim şəxsi düşüncəmdi. Yalnız qələbə haqqında fikirləşirdik. Necə oynadığımızı xatırlamıram, amma bu qələbəyə layiq idik.

- "Zirə"yə 3 qol buraxıb uduzmağınız, sizin üçün sürpriz oldu?
- "Zirə"yə qarşı bütün komandamız pis vəziyyətdə idi. Lakin burdan da xoş nəsə götürmək lazımdı. çünki həmin matçdan nəsə öyrəndik. "Zirə" həmin günü çox yaxşı idi, bizdən üstün idi və qələbəyə layiq idilər.

- İlk yarı "Keşlə" üçün necə bitdi?
- Biz yalnız 3 oyunda məğlub olduq. çempionatın ilk yarısı üçün bu yaxşı nəticədi. üstəlik, 3-cü pillədəyik və bu da qənaətbəxş sayılmalıdı. Bilirsiz, bu çempionatda sabit oynamaq mümkün deyil. çünki hər komandanın ilk "4-lük"də olmaq şansı var. Lakin belə vəziyyətdə yaxşı oynayıb, qələbələr qazanıb bu pilləyə çıxmışıqsa, yaxşı nəticə hesab olunmalıdı. Biz bu pillədə maya qədər qalmaq istəyirik. Lakin çox çətindi, çünki xeyli vaxt var.

- Qış fasiləsindən sonra heyət və hədəflər böyüyəcək?
- Düşünürəm ki, daha çətin olacaq. çünki bütün klublar indi bir-birini çox yaxşı tanıyır, oyun keyfiyyətlərinə bələddilər. "Keşlə"yə qarşı hər kəs yaxşı oynamağa çalışacaq. Lakin biz buna hazır olacağıq. Heyətin genişləndirilməsi isə məşqçi və rəhbərliyin işidi. Mənim işim meydandadı. futbolinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest