"Mançester Yunayted" qış fasiləsində heyətini gücləndirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Ule-Qunnar Sulşerə rəhbərlik tərəfindən transfer sözü verilib.

Norveçli mütəxəssis artıq iki oyunçunun alınmasını tələb edib. Bunlar "Atletiko"nun yarımmüdafiəçisi Saul və "Zalsburq"un hücumçusu Erlin Halanddı. Hər iki klubla danışıqlara artıq start verilib.

Qeyd edək ki, Saul "Barselona"nın, Haland isə bir neçə Avropa nəhənginin diqqət mərkəzindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest