"Napoli" baş məşqçi dəyişikliyinə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik hazırkı çalışdırıcı Karlo Ançelotti ilə yollarını ayırmaq niyyətindədi.

Neapollular yeni baş məşqçisini də tapıb. Komandanın "sükanı arxası"na tezliklə Cennaro Qattuzo gətiriləcək. Hətta 41 yaşlı mütəxəssislə il yarımlıq müqavilə bağlandığı da bildirilir. Ançelottinin isə "Napoli"dən ayrılaraq, PSJ, "Arsenal" və ya "Everton"a keçməsi gözlənilir. Qattuzonun təyinatı bir həftə ərzində reallaşa bilər.

Qeyd edək ki, "Napoli" A seriyasında 15 turdan sonra 7-ci pillədə qərarlaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest