"Neftçi"nin yeni sponsoru müəyyənləşib. "Ağ-qaralar" bununla bağlı mətbuat konfransı keçirib. Paytaxt təmsilçisinin yeni sponsoru "Buta Global Enerji-Tekstil" şirkətidi. Bir qədər əvvəl "Bakcell Arena"da tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Neftçi"nin yeni sponsoru müəyyənləşib. Matc.az xəbər verir ki, "ağ-qaralar" bununla bağlı mətbuat konfransı keçirib.

Paytaxt təmsilçisinin yeni sponsoru "Buta Global Enerji-Tekstil" şirkətidi. Bir qədər əvvəl "Bakcell Arena"da tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözləşmə 2 il müddətinə nəzərdə tutulub.

Tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, "Buta Global Enerji-Tekstil"in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edib.

Anlaşmaya görə, şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest