"Bizi çox çətin iki oyun gözləyir. Xüsusən də, Malta səfərindəki görüş daha vacibdi. Həm Malta, həm də Azərbaycanla qarşılaşma öncəsi mentalitetdən çox şey asılıdı".

"çox güclü futbolçularımız var və yaxşı işlər görürük". Matç.az saytı xəbər verir ki, bu sözləri Kosovo yığmasının vitse-kapitanı Valon Berişa deyib.

"Latsio"nun yarımmüdafiəçisi Kosovo Futbol Federasiyasının rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının son iki oyununa hazırlığı dəyərləndirib. 25 yaşlı futbolçu Malta ilə matçı xüsusi fərqləndirib: "Bizi çox çətin iki oyun gözləyir. Xüsusən də, Malta səfərindəki görüş daha vacibdi. Həm Malta, həm də Azərbaycanla qarşılaşma öncəsi mentalitetdən çox şey asılıdı. Həm keyfiyyətli komandaya, həm də fərdi cəhətdən güclü oyunçulara sahibik. Kosovonun uğuru üçün gücümüzün 100 faizini ortaya qoyacağıq".

Qeyd edək ki, 8 xalla D Liqasının III qrupuna başçılıq edən Kosovo millimizi 2 xal qabaqlayır. Əvvəlcə noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo ayın 20-də isə yığmamızı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest