İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Matc.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
 
Yaşı 17-yə qədər olan atletlərdə 67 kq çəki dərəcəsində iki atletimiz – Rüstəm Qasımov və ömər Cavadov qüvvəsini sınayıb.
 
ömər Cavadov toplam 249 kq (119+130) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.
 
Rüstəm Qasımov birdən qaldırma hərəkətində 116 kq nəticə ilə 6-cı olsa da, təkanla qaldırma hərəkətində daha uğurlu çıxış etməyi bacarıb. O, 144 kq-ıram edərək bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
 
Toplam 260 kq (116+144) nəticə ilə atletimiz yekun sıralamada 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest