Vaşinqtonda MMA üzrə UFC versiyasının qarışıq döyüş növündə keçiriləcək beynəlxalq turnirin çəkiölçmə mərasimi təşkil olunub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, tədbir zamanı maraqlı hadisə baş verib.

Qadın döyüşçülər arasında minimum çəki dərəcəsinin nümayəndələri Marina Rodriges və Sintiya Kalvilyo tərəziyə çıxıblar. İkincinin çəkisi istənilən həddə olmayıb. Məsələ burasındadı ki, tələb olunan maksimum çəki 52,6 kq olub. Lakin Kalvilyonun çəkisi 54,6 kq gəlib. İdmançı çəkisini tələb olunan səviyyəyə endirmək üçün tamam soyunub. Lakin bu da kifayət etməyib.

Bu, 32 yaşlı döyüşçünün ilk uğursuz çəki ölçmə hadisəsi deyil. O, ötən ilin noyabrında Polina Botelyo ilə döyüş ərəfəsində minimum çəki həddinə cavab verməmişdi. Həmçinin keçmişdə Kalvilyo dopinq testə "ilişmiş", qanında marixuana aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest