Azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ından ayrıla bilər. Matc.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilir ki, qış fasiləsində iki futbolçunun komandadan ayrılması gözlənilir ki, onlardan biri də Ayazdı. Onunla yanaşı, digər yarımmüdafiəçi Cano Ananidze də məşqçilər korpusunun "qara siyahı"sındadı.

Qeyd edək ki, "Spartak"a bu il "Rostov"dan keçən Ayaz Quliyev cari mövsüm Premyer Liqada 11 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest