"İnter"in hücumçusu Lautaro Martines klubla yeni müqavilə bağlamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hətta argentinalı forvardın menecerləri bu məqsədlə Milana yollanıb.

Belə ki, Beto Ake və Rolando Zarate klub rəhbərliyi ilə görüşmək və yeni sazişlə bağlı müzakirə aparmaq üçün İtaliyadadı. Yaxın günlərdə bu görüş reallaşacaq. Ancaq "İnter" hazırkı müqavilədə yer alan böyük miqdarda təzminat səbəbindən yeni müqavilə imzalamağa tələsmir.

Qeyd edək ki, Lautaro Martines "Barselona"nın maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest