Futbol üzrə İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü üç qarşılaşma baş tutub.

Son turlarda uğursuz çıxış edən "Napoli" səfərdə "Udineze"nin qonağı olub. Napoli təmsilçisi bu oyunda da xal itirib.

Turun maraqla gözlənilən qarşılaşması paytaxt Romada keçirilib. Turnir cədvəlində "İnter"dən 1 xal geri qalaraq ikinci olan "Yuventus" ən yaxın izləyicisi "Latsio"nun qonağı olub. Dörd qolun qeydə alındığı matç Turin təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

İtaliya A Seriyası
15-ci tur

6 dekabr

İnter – Roma 0:0

7 dekabr

Atalanta – Verona 3:2
Qol: Malinovski, 44. Muriel, 64. Djimsiti, 90+3 – Di Karmine, 23; 57.

Udineze – Napoli 1:1
Qol: Lasanya, 32 – Zelinski, 69.

Latsio – Yuventus 3:1
Qol: L.Felipe, 45+1. Saviç, 74. Kaysedo, 90+5 – Ronaldo, 25.

8 dekabr

15:30 Leççe – Cenoa
18:00 Sassuolo – Kalyari
18:00 SPAL – Breşiya
18:00 Torino – Fiorentina
21:00 Sampdoriya – Parma
23:45 Bolonya – Milan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest