Futbol üzrə Albaniya çempionatında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Partizani" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Eltun bu görüşün iştirakçısı olmayıb. 
 
"Biliş" 12 turdan sonra 23 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest