Ukrayna millisinin və "Şaxtyor"un futbolçusu Sergey Krivtsov maraqlı addımla diqqət mərkəzinə gəlib. Matç.az saytı xəbər verir ki, müdafiəçi futbolçuluqdan əlavə müğənnilik bacarığını da nümayiş etdirib.

Ukrayna yığmasının UEFA Millətlər Liqasında qrup qalibi adını qazanması münasibəti ilə təşkil olunan mərasimdə "Şaxtyor"un oyunçusu azərbaycanlı müğənni Müslüm Maqomayevin "Mavi əbədiyyət" ("Sinyaya veçnost") səsləndirib.

Onun bu ifası mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest