"Bordo"nun səhmləri satılıb. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, ABŞ-ın "General American Capital Partners" (GACP) şirkəti Liqa 1 təmsilçisinin səhmlərini digər yerli şirkətə – "King Street"ə satıb.

Klubun sahibi Co Daqrosa və onun köməkçisi Uqo Varela klubdakı işindən ayrılıb. Baş məşqçi Paulu Souza və idman direktoru Eduardo Masiya isə vəzifələrində qalıb.

Qeyd edək ki, "Bordo" hazırda Liqa1-də 3-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest