Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Bu ilin sonuncu turunun açılış matçında lider "Qarabağ" "Keşlə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda Ağdam klubu zirvədəki mövqeyini daha da möhkəmləndirməyi hədəfləmişdisə, paytaxt təmsilçisi aradakı xal fərqini azaltmaq üçün mübarizə aparıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
 
Turun qalan görüşləri bazar günü keçiriləcək. "Sabah" "Neftçi"ni, "Zirə" "Səbail"i, "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək.
 
Azərbaycan Premyer Liqası
XIV tur
6 dekabr
 
"Qarabağ" - "Keşlə" 2:2
Qol: D.Kintana, 4. M.Mədətov, 45 - H.Hacılı, 40-öz qapısına. T.Bayramlı, 47.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
 
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 3. Aylton Silva, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 13. Vaqner da Silva, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 5. Franko Flores, 7. Tural Bayramlı, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest