I divizionda XIII turun bütün təyinatları müəyyənləşib. Matc.az saytının məlumatına görə, bütün görüşlər eyni gündə, eyni saatda baş tutacaq.

Bu dəfə 3 hakimə əlavə yük düşəcək. Belə ki, Namiq Bəkirov, Kamal Umudlu və İnqilab Məmmədov əvvəlcə Premyer Liqanın, daha sonra isə I divizionun oyununda iş başında olacaq. Diqqətçəkən məqam Namiq Bəkirovun həm "Neftçi", həm "Neftçi-2", Kamal Umudlunun isə "Keşlə" və "Keşlə-2"nin oyununa təyinat almasıdı.

 

I Divizion

XIII tur

9 dekabr

14:00. MOİK – "Neftçi-2"

Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Nicat İsmayıllı

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Keşlə-2" – "Qaradağ Lökbatan"

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Kamal Umudlu

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

"AZAL Arena"

14:00. "Sumqayıt-2" – "Səbail-2"

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Tural Qurbanov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Asif Əliyev

"Kapital Bank Arena" (ehtiyat meydança)

14:00. "Turan Tovuz" – "Zirə-2"

Hakimlər: İnqilab Məmmədov, Ruslan Quliyev, Kərim Zeynalov, Rəhim Həsənov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Ağsu" – "Zaqatala"

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Ağsu şəhər stadionu

14:00. "Sabah-2" – "Qarabağ-2"

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

"Bank Respublika Arena" (ehtiyat meydança)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest