"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira əməliyyat olunub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı orta sahə oyunçusu sol dizindən əməliyyat edilib.

Həkimlər prosesin uğurlu alındığını, sağlamlığına qovuşmaq üçün 3 ay gözləməli olacağını açıqlayıblar. Bu isə o deməkdi ki, Almaniya millisinin üzvü ən yaxşı halda martda yaşıl meydanlara dönəcək.

Qeyd edək ki, Xedira bu ilin aprelində sağ dizindəki əməliyyata görə 2,5 ay komandadan ayrı düşmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest