Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub. 

"Başakşəhər" səfərdə "Trabzon"a, "Antalyaspor" "Eyüpspor"a, "Trabzonspor" isə "Altay"a qalib gəlib. "Kasımpaşa" "Vanspor"u, "Ərzurumspor" isə "Bursaspor"u məğlub yola salıb. Günün ən sensasion nəticəsi İstanbulda qeydə alınıb. "Qalatasaray" doğma meydanda "Tuzlaspor"a 2 cavabsız qolla uduzub.

Cavab görüşləri dekabrın 17, 18 və 19-da baş tutacaq.

Türkiyə kuboku, 5-ci mərhələ

3 dekabr

Karagümrük – Göztəpə 1:2
Yeni Malatyaspor – Keçiörengücü 3:1
Alanyaspor – Adanaspor 5:1
Erokspor – Sivasspor 0:2
Fənərbaxça – İstanbulspor 4:0

4 dekabr

Trabzon – Başakşəhər 0:1
Eyüpspor – Antalyaspor 0:3
Kasımpaşa – Vanspor 2:1
Ərzurumspor – Bursaspor 4:2
Altay – Trabzonspor 1:2
Qalatasaray – Tuzlaspor 0:2

5 dekabr

14:00. Kırklarelispor – Qaziantep
15:30. Kayserispor – Manisaspor
17:30. Altınordu – Dənizlispor
19:30. Rizəspor – Samsunspor
21:45. Beşiktaş – Ərzincanspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest