Asiyada 2019-cu ilin ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, bu, "Tottenhem"in hücumçusu Son Hın Mindi. 
 
Bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. Son, artıq 3-cü dəfədi ki, qitəsində ilin ən yaxşı futbolçusu seçilir və bu, rekord göstəricidi.
 
27 yaşlı hücumçu daha əvvəl 2015 və 2017-ci illərdə Asiyanın ən yaxşı futbolçusu seçilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest