Amerika Kubokunun püşkü atılıb. Qrupların tərkibi bəlli olub. Gələn il Argentina və Kolumbiyada keçiriləcək yarışın iştirakçıları iki qrupa bölünüb. Meydan sahiblərindən biri olan Argentina A qrupunda yer alıb. "Tanqoçular" Boliviya, Uruqvay, Çili, Paraqvay və Avstraliya ilə qarşılaşacaq.

Amerika Kubokunun püşkü atılıb. Matc.az xəbər verir ki, qrupların tərkibi bəlli olub.

Gələn il Argentina və Kolumbiyada keçiriləcək yarışın iştirakçıları iki qrupa bölünüb. Meydan sahiblərindən biri olan Argentina A qrupunda yer alıb. "Tanqoçular" Boliviya, Uruqvay, çili, Paraqvay və Avstraliya ilə qarşılaşacaq.

Digər ev sahibi Kolumbiya isə son çempion Braziliya, həmçinin Venesuela, Ekvador, Peru və Qətərlə B qrupunda yarışacaq. Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finala adlayacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyunun 12-də Argentina - çili matçı ilə start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest