"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç karyerasını harda davam etdirəcəyini açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard yanvarda İtaliyaya qayıdacağını bildirib.

38 yaşlı superulduz yeni komandasının "Milan" olacağına da işarə vurub: "Yenidən qalib gəlməli, tarixini yeniləməli və problemi həll etməli olan komandaya qoşulacam. Yalnız bu yolla sizi yenidən təəccübləndirmək üçün lazımi motivasiyanı tapa bilərəm. Məsələ sırf komanda seçimi ilə bağlı deyil, bunu şərtləndirən digər amillər də var. Həm də ailəmin maraqlarını nəzərə almalıyam. Tezliklə İtaliyada görüşərik".

Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest