Futbol üzrə İngiltərə yığma komandasının 2020-ci ildə keçiriləcək Avropa çempionatı öncəsi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Matc.az xəbər verir ki, britaniyalılar qitə birinciliyi öncəsi Avstriya və Rumıniya yığmaları ilə qarşılaşacaq.
 
Avstriya ilə oyun iyunun 2-də Vyanada baş tutaaq. Rumıniya ilə qarşılaşma isə iyunun 7-də keçiriləcək.
 
İngiltərə yığması Aç-2020-də Xorvatiya və çexiya ilə birgə D qrupunda mübarizə aparacaq. Bu qrupda yer alacaq dördüncü komanda isə UEFA Millətlər Liqasından gələcək dörd qalibdən biri olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest