Gürcüstan yüksək liqasında XXXVI turun rəmzi komandası açıqlanıb. Simvolik "11-liy"ə azərbaycanlı futbolçu Fuad Bayramov da düşüb. "Rustavi"nin yarımmüdafiəçisi buna "Dila" ilə qarşılaşmadakı performansı ilə nail olub. Doğum günündə 2:2 hesabı ilə başa çatan görüşdə Bayramov "Rustavi"nin ilk qoluna imza atıb.

Gürcüstan yüksək liqasında XXXVI turun rəmzi komandası açıqlanıb. Matc.az saytının məlumatına görə, simvolik  "11-liy"ə azərbaycanlı futbolçu Fuad Bayramov da düşüb.

"Rustavi"nin yarımmüdafiəçisi buna "Dila" ilə qarşılaşmadakı performansı ilə nail olub. Doğum günündə 2:2 hesabı ilə başa çatan görüşdə Bayramov "Rustavi"nin ilk qoluna imza atıb.

Fuad həmin matçda 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest