İtaliya Futbolçular Birliyi (AIC) A seriyasında ötən mövsümün ən yaxşılarını müəyyənləşdirib. Matc.az xəbər verir ki, mövsümün ən yaxşı futbolçusu, komandası və baş məşqçisi mükafatlandırılıb.

Milanda təşkil edilən tədbirdə "Yuventus"un hücumçusu Kriştianu Ronaldo mövsümün ən yaxşı futbolçusu tituluna layiq görülüb. ötən mövsümün ən yaxşı komandası "Atalanta", baş məşqçisi isə bu klubun çalışdırıcısı Can Pyero Qasperini seçilib.

"İnter"in çərçivə qoruyucusu Samir Handanoviç ən yaxşı qapıçı olubsa, Joao Kanselo, Corcio Kyellini, Aleksandr Kolarov və Kalidu Kulibali ən yaxşı müdafiəçilər seçilib. Yarımmüdafiəçilər arasında Miralem Pyaniç, Josip İliçiç və Nikolo Barella fərqləndirilib. Kriştianu Ronaldo, Fabio Kvalyarella və Duvan Zapata ən yaxşı hücumçu adına layiq görülüb.

2018-19 mövsümünün hakimi isə Canluka Rokki olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest