"Futbolçularımı təbrik edirəm. çox vacib qələbə oldu". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ın qonağı olan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
 
Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: "İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram".
 
- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?
- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.
 
- Avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilibmi?
- çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest