Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib.  Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Zenit"lə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Ayaz bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Spartak" 18 turdan sonra 22 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest