"Beşiktaş"ın borcu müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu, klubun İdarə Heyətinin iclasında açıqlanıb.

İstanbul klubunun ümumi borcu 2 milyard 759 milyon 185 min 877 Türkiyə lirəsi təşkil edir. Bu, təxminən 480 milyon dollar deməkdi. Bu məbləğin böyük əksəriyyəti futbol komandası ilə bağlıdı.

İdarə heyəti yeni ildən borcların azaldılması yönündə müzakirələr aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest